Rəşad Sadıqovun rəsmi debütünün yeri və vaxtı açıqlandı

Rəşad Sadıqovun rəsmi debütünün yeri və vaxtı açıqlandı
12-02-2018 / 12:58 FUTBOL
353

Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti matçın vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın martın 22-də Kosovo ilə keçirəcəyi səfər qarşılaşması Mitrovitsa şəhərində baş tutacaq.

 

Oyun Adem Yaşari Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Görüş Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov üçün bu postda rəsmi debüt ilə əlamətdar olacaq. Bunadək millimizi yalnız yoxlama matçlarına çıxaran gənc çalışdırıcı seçmə mərhələdə ilk dəfə baş məşqçi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, 5 oyundan sonra hesabında 1 xal olan millimiz turnir cədvəlinin sonuncu pilləsindədi.