Yığmamız Avropa çempionatına 34 şahmatçı ilə gedir

Yığmamız Avropa çempionatına 34  şahmatçı ilə gedir
12-02-2018 / 15:36 STOLÜSTÜ OYUNLAR
334

Martın 17-də Gürcüstanın Batumi şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 12 gün davam edəcək yarışa Azərbaycan da qatılacaq.

 

Komandamız qonşu ölkəyə liderlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz yollanacaq. Əvəzində millimizin digər üzvləri - Rauf Məmmədov (2709), Arkadi Naydiç (2705), Qədir Hüseynov (2646), Eltac Səfərli (2639) və Nicat Abasov (2608) qitə çempionatında mübarizə aparacaqlar.

 

Ölkəmiz yarışa ümumilikdə 34 şahmatçı sifariş edib. Bu da Rusiya istisna olmaqla, digər 29 ölkədən, xüsusilə də ev sahibi Gürcüstandan təxminən 2 dəfə çoxdu. Onlar 19 idmançı ilə təmsil olunacaqları halda, şimal qonşularımız Batumiyə 50 şahmatçı ilə gələcəklər.