“Milan”dan Qattuzoya təklif

“Milan”dan Qattuzoya təklif
12-02-2018 / 18:41 FUTBOL
262

“Milan” rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzonun fəaliyyətindən razıdı. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “rossonyerlər” 40 yaşlı çalışdırıcıya yeni müqavilə təklif ediblər.

 

İtaliya klubu onun sözləşməsinin müddətini 2020-ci ilədək uzatmaq niyyətindədi. Qattuzonun rəhbərliyi altında “Milan” son 6 oyunda 14 xal toplayıb. Hazırda “rossonyerlər” turnir cədvəlində 7-ci pillədə qərarlaşıblar.

 

Qeyd edək ki, “Milan”ın “sükanı arxasına” cari mövsümün gedişində keçən Qattuzo bu postda Vinçentso Montellanı əvəzləyib.