Millimizin müdafiəçisinin durumuna aydınlıq gəldi

Millimizin müdafiəçisinin durumuna aydınlıq gəldi
12-02-2018 / 19:26 FUTBOL
2476

Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz"lə matçda burnu qırılan "Neftçi"nin müdafiəçisi Məhəmməd Mirzəbəyovun durumuna aydınlıq gəlib. Klubdan apasport.az saytına verilən məlumata görə, yığmamızın üzvü bu gün əməliyyat olunub.

 

Həkimlər 28 yaşlı futbolçunun iki həftədən sonra komanda ilə birlikdə məşqlərə qoşula biləcəyini söyləyiblər. Bundan sonra onun "ağ-qaralar"ın heyətində oyunlarda iştirak etmə tarixi psixoloji hazırlığından asılı olacaq. Mirzəbəyovun "Sumqayıt" və "Zirə" ilə qarşıdakı tur matçlarında Tərlan Əhmədovun ixtiyarında olmayacağı dəqiqdi. Lakin o, milli komandamızın mart ayında keçirəcəyi yoldaşlıq görüşlərinə qədər sıraya dönəcək.

 

Qeyd edək ki, "Neftçi"nin "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazandığı görüşün sonlarında burnu qırılan Məhəmməd Mirzəbəyov 79-cu dəqiqədə İlkin Qırtımovla əvəzlənib.