Kubokun finalı yeni stadiona salındı

Kubokun finalı yeni stadiona salındı
12-02-2018 / 23:01 FUTBOL
212

İspaniya Kral Kubokunun final matçının məkanı müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, həlledici qarşılaşma Madriddə keçiriləcək.

 

Belə ki, "Barselona" ilə "Sevilya" "Atletiko"nun yeni stadionu olan "Vanda Metropolitano"da üz-üzə gələcəklər. Bu, 67 min 829 azarkeş tutumuna malik arenanın qəbul edəcəyi ilk final olacaq. Görüş aprelin 21-də keçiriləcək.

 

Qeyd edək ki, Çempionlar Liqasında 2018-19 mövsümünün finalı "Vanda Metropolitano"da oynanılacaq.