Rekordun 5 addımlığında

Rekordun 5 addımlığında
13-02-2018 / 09:16 FUTBOL
255

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin ikinci yarısı öncəsi turnirin ən uzun məğlubiyyətsiz ev oyunları seriyaları açıqlanıb.

 

Buna səbəb iki komandanın davam edən seriya ilə diqqət çəkməsidi. 24 oyundu öz meydanında uduzmayan “Barselona” hazırda qitənin ikinci göstəricisinə malikdi. Kataloniyalıları rekorddan 5 addım ayırır.

 

İspaniyalılar kimi “Yuventus” da 4 ildən çoxdu öz meydanında uduzmur. İtaliyalıların seriyası 22 matçı əhatə edir.

 

Ümumilikdə isə Çempionlar Liqası tarixində 8 dəfə bir komanda 20-dən artıq ev oyununda məğlubiyyətsizliyə nail olub. Mütləq rekord Almaniya “Bavariya”sına məxsusdu. Münhenlilər 1998-2002-ci illərdə ardıcıl 29 matçda yenilgi görməyib.

 

Evdə ən uzun məğlubiyyətsiz seriyalar

29 – “Bavariya” (04.03.1998 – 02.04.2002)
24 – “Barselona” (18.09.2013 –)
24 – “Arsenal” (14.09.2004 – 15.04.2009)
23 – “Mançester Yunayted” - (27.09.2005 – 03.11.2009)
22 – “Yuventus” (02.10.2013 –)
21 – “Çelsi” (12.09.2006 – 08.12.2009)
21 – “Barselona” (24.11.2009 – 10.04.2013)
21 – “Real” (27.09.2011 – 09.12.2014)