Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi

Almaniya – Azərbaycan matçının vaxtı dəqiqləşdi
13-02-2018 / 11:00 FUTBOL
440

17 yaşadək qızlar arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu raundda çıxış edəcək Azərbaycan yığmasının keçirəcəyi matçların vaxtı və yeri dəqiqləşib.

 

Oyunları Almaniyada keçiriləcək VII qrupun oyunları martın 22-də start götürəcək və 28-də yekunlaşacaq. Millimiz öncə meydan sahibləri, ardınca İrlandiya, son matçda İslandiya ilə görüşəcək.

 

Final mərhələsinə yeganə vəsiqə uğrunda mübarizə aparacaq komandamız irlandiyalılarla Qreyfsvald, digər iki oyunu Neubrandenburqda keçirəcək.

 

Avropa çempionatı

Elit-raund, VII qrup

 

22 mart

15:00. Almaniya – Azərbaycan

Neubrandenburq

 

25 mart

13:00. İrlandiya – Azərbaycan

Qreyfsvald

 

28 mart

14:00. Azərbaycan – İslandiya

Neubrandenburq

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilıib.