“Neftçi”yə Bolqarıstandan rəqib

“Neftçi”yə Bolqarıstandan rəqib
13-02-2018 / 11:48 FUTBOL
456

Adı “Neftçi” ilə hallanan seneqallı futbolçu Xali Tiama daha bir müştəri çıxıb. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yerli “Levski” klubu onun xidmətində maraqlıdı.

 

Moskva "Dinamo"su ilə vidalaşan 24 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Macarıstan təmsilçisi MTK ilə anlaşmasını pozmağa çalışır. Onun komandada qalmağında maraqlı olmayan macarların buna qarşı çıxmayacağı gözlənilir. Bu halda azad agent statusu daşıyacaq Tiam “Neftçi” və “Levski” arasında seçim etməli olacaq.

 

Qeyd edək ki, "Dinamo"nun heyətində cəmi 6 matçda iştirak edən Tiam MTK-ya 2014-cü ildə keçib. O, həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da (Moskva) icarə əsasında oynayıb.