“Real”ın əfsanəsi Zidanın postuna göz dikib

“Real”ın əfsanəsi Zidanın postuna göz dikib
13-02-2018 / 13:23 FUTBOL
627

“Real”ın əfsanəvi futbolçularından sayılan Quti “kral klubu”nun baş məşqçisi olmaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırda gənclər komandasını çalışdıran 42 yaşlı mütəxəssis əsas heyətə göz dikib.

 

Quti uğursuz mövsüm keçirən “Real” üçün Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə oyunların son şans olduğunu düşünür. Lakin o, sabiq komanda yoldaşı Zinəddin Zidanın istənilən halda qalmasının tərəfdarıdı: “Bu, mövsümü xilas etmək baxımından “Real”ın son şansıdı. Ancaq düşünmürəm ki, Zidanın son şansıdı. Onun klub üçün etdiklərini unutmaq olmaz. Açığı, Zidanın qalmasını istəyirəm. Ancaq gələcəkdə “Real”ın “sükanı arxası”na keçməyi çox istərdim”.

 

Qeyd edək ki, “Real”la PSJ arasında ilk oyun sabah keçiriləcək.