Yığmamızın oyunçuları Rusiya Superliqasında rəqiblərini tanıdılar

Yığmamızın oyunçuları Rusiya Superliqasında rəqiblərini tanıdılar
13-02-2018 / 14:09 TOP OYUNLARI
258

Qadın voleybolçular arasında Rusiya Superliqasının 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mərhələ adlayan komandalar müntəzəm çempionatındakı yerinə görə rəqibini tanıyıb.

 

Belə ki, 18 turun nəticəsinə əsasən birinci olan Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su yarışı 8-ci pillədə bitirən “Saxalin”lə üz-üzə gələcək. Yığmamızın hücumçusunun komandası ilk matçı evdə - Tatarıstan paytaxtında keçirəcək. Görüş fevralın 16-na təsadüf edəcək.

 

Yığmamızın blokçusu Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka” isə müntəzəm çempionatı yeddinci yerdə bitirdiyindən ikinci yerin sahibi Moskva “Dinamo”su ilə qarşılaşacaq. Sankt-Peterburq təmsilçisi də fevralın 16-da səfərdə oynayacaq.

 

Digər cütlərdə “Yenisey” “Proton”la, “Uraloçka” “Zariçye-Odintsova” ilə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, mərhələnin qalibi 2 qələbə qazanmalıdı. Komandalar arasında ikinci görüş martın 5-də olacaq. Əgər üçüncü oyuna ehtiyac olarsa, bu qarşılaşmalar martın 9-da oynanılacaq.