Buffon yığmaya qayıdır

Buffon yığmaya qayıdır
13-02-2018 / 17:13 FUTBOL
383

“Yuventus”un kapitanı Canluici Buffon milli karyerasını bərpa etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 40 yaşlı qolkiper iki il sonra keçiriləcək Avropa çempionatında iştirak etmək arzusuna düşüb.

 

“Skuadra Adzurra”ya müvəqqəti baş məşqçi təyin olunan Luici Di Byaco veteran oyunçunun qayıtması üçün onunla danışıq aparıb. Çalışdırıcı kapitanlıq sarğısını yenidən Ciciyə vermək fikrindədi. DÇ-2018-in pley-off mərhələsində İsveçə məğlubiyyətdən sonra yığmadan getdiyini açıqlayan Canluici özü də dönmək müraciətinə müsbət yanaşıb. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

 

Qeyd edək ki, Canluici Buffon 1997-2017-ci illər ərzində İtaliya millisinin heyətində 175 oyun keçirib.