“Arsenal” hücumçusunu itirdi: Ən az bir ay oynamayacaq

“Arsenal” hücumçusunu itirdi: Ən az bir ay oynamayacaq
13-02-2018 / 19:20 FUTBOL
209

“Arsenal” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, London klubunun hücumçusu Aleksandr Lakazett sıradan çıxıb.

 

Dizindən zədə alan fransalı hücumçu əməliyyata məruz qalıb. Onun bərpa prosesinin 4-5 həftə kəçəcəyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm “Lion”dan “Arsenal”a keçən futbolçu 26 oyunda meydana çıxıb və 9 qol vurub.