“Barselona”ya keçən Koutinyo vətəndaşlığını da dəyişir?

“Barselona”ya keçən Koutinyo vətəndaşlığını da dəyişir?
13-02-2018 / 20:16 FUTBOL
234

Qış transfer “pəncərəsi” dövründə “Liverpul”dan “Barselona”ya keçən Filipe Koutinyo daha bir addımı ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu Portuqaliya vətəndaşı olmağa hazırlaşır.

 

“Barselona”ya yaxınlığı ilə bilinən “El Mundo Deportivo” nəşri iddia edir ki, artıq yarımmüdafiəçi bunun üçün sənəd yığmağa başlayıb. Belə ki, 3 ildir Portuqaliya vətəndaşı ilə evli olan futbolçu bu ölkənin qanunlarına görə, artıq vətəndaşlıq ala bilər.

 

Əgər onun bu planı baş tutsa, “Barselona” da xeyir görəcək. Belə ki, Koutinyonun Avropa Birliyi vətəndaşlığı alması ilə katalon klubu 3 nəfərlik qeyri AB vətəndaşı limitində əlavə bir yer əldə edəcək ki, bu da gələcək trasferlərdə çox yararlı olacaq.

 

Qeyd edək ki, hazırda “Barselona”nın heyətində 3 qeyri AB vətəndaşı çıxış edir – Paulinyo, Koutinyo (hər ikisi Braziliya) və Yerri Mina (Kolumbiya).