PSJ onu “Real”a çatdıra bilmədi

PSJ onu “Real”a çatdıra bilmədi
13-02-2018 / 21:00 FUTBOL
344

PSJ-nin yarımmüdafiəçisi Tyaqo Motta “Real”la ilk oyunu buraxacaq. Apasport.az saytının məlumatına görə, AS nəşri xəbər yayıb.

 

Bildirilib ki, bir müddətdi zədəli olan yarımmüdafiəçinin əslində bu görüşə çatacağı proqnozlaşdırılırdı. Amma baş məşqçi Unay Emeri 35 yaşlı futbolçunu riskə atmaq istəməyib.

 

Qeyd edək ki, “Real”la PSJ arasındakı Çempionlar Liqası 1/8 final ilk matçı fevralın 14-də Madriddə baş tutacaq.