Premyer Liqa yayım hüququnu satdı: İnanılmaz rəqəmlər

Premyer Liqa yayım hüququnu satdı: İnanılmaz rəqəmlər
14-02-2018 / 00:48 FUTBOL
333

İngiltərə Premyer Liqası yayım hüququnu satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, artıq mövcud 7 paketdən 5-i satılıb.

 

2019-2022-ci illəri əhatə edəcək yayım müddətində 4 paketi (128 oyun) “SKY Sport”, 1 paketi isə (32 oyun) “BT Sport” əldə edib. Premyer Liqa bu satışdan 4.464 milyard funt qazanc əldə edib. Digər iki paket isə hələ satılmayıb.

 

Qeyd edək ki, hazırda qüvvədə olan və 2015-2019-cu illəri əhatə edən yayım hüququ 5.14 milyard funta satılmışdı.