Heç kimin bacarmadığını Keyn etdi

Heç kimin bacarmadığını Keyn etdi
14-02-2018 / 01:04 FUTBOL
326

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyunda “Tottenhem”lə qarşılaşan “Yuventus” cari ildə ilk məyusluğunu yaşayıb. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi 2018-ci ildə ilk dəfə qapısında qol görüb.

 

Qarşılaşmanın 35-ci dəqiqəsində Harri Keynin fərqləndiyi epizod ötən ilin dekabr ayının 30-dan sonra Bufonun qapısında gördüyü ilk, həmin ilin noyabrın 22-dən bəri isə 2-ci qoldu.

 

Bu müddətdə 17 oyun keçirən və 14 qələbə qazanan “qoca sinyora” Avropanın Top Liqaları arasında ən yaxşı göstəriciyə malikdir.