“Fənərbaxça”nın baş məşqçisi istefaya göndərildi

“Fənərbaxça”nın baş məşqçisi istefaya göndərildi
14-02-2018 / 09:31 TOP OYUNLARI
787

Qadın voleybolçulardan ibarət “Fənərbaxça” klubunun baş məşqçisi Jan De Brandt istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin “İqtisadçı”nın sabiq çalışdırıcısı ilə yollarını ayırmasına komandanın son matçlarda uğursuz çıxışı səbəb olub.

 

Belçikalı mütəxəssis artıq yığmamızın da hücumçusu Polina Rəhimovanın heyətində yer aldığı “Fənərbaxça” ilə vidalaşıb. O bildirib ki, nəticələr ürəkaçan olmadıqda komandadan ilk gedən baş məşqçi olur: “Gülə-gülə “Fənər”. Oyunçular və məşqçilər korpusuna işbirliyimiz üçün təşəkkür edirəm. Mövsümün axırınadək hər şey ürəyinizcə olsun. Yeni təkliflər gözləyirəm”.

 

Qeyd edək ki, 2008-2010-cu illərdə də “Fənərbaxça”da işləmiş Brandt mövsümün əvvəlində komandanın “sükanı arxası”na keçmişdi. İstanbullular ölkə çempionatında və Çempionlar Liqasında 3-cü pillədə qərarlaşıb.