“Qarabağ” cəzalandı

“Qarabağ” cəzalandı
14-02-2018 / 12:43 FUTBOL
312

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar verilib.

 

“Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.