“Fevralda bu qədər fərq möhtəşəmdi” – Qvardiola

“Fevralda bu qədər fərq möhtəşəmdi” – Qvardiola
14-02-2018 / 12:45 FUTBOL
335

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/8 finalında “Bazel”ə qalib gəldikləri (4:0) oyundan sonra yetirmələrini tərifləyib.

 

Qvardiola iştirak etdikləri bütün turnirlərdə qarşılarına birincilik məqsədi qoyduqlarını bildirib: “Tezliklə sıraya dönəcək Qabriel Jezuş və Benjamin Mendini saymasaq, hazırda bütün komanda hazır vəziyyətdədi. Oynadığımız turnirlərdə futbolçularımızın xidmətindən maksimum yararlana bilərik. Hələ fevral ayıdı. Buna baxmayaraq, Premyer Liqada turnir cədvəlindəki mövqeyimiz əladı. Ən yaxın izləyicimizi 16 xal qabaqlayırıq. Fevralda bu qədər fərq möhtəşəmdi. Demək olar ki, Çempionlar Liqasının 1/4 finalındayıq. İngiltərə kuboku və Liqa kubokunda da məqsədimiz birinci olmaqdı. Futbolçularım bütün tapşırıqların öhdəsindən gəlmək gücündədilər”.

 

Qeyd edək ki, əvvəllər “Barselona” və “Bavariya” klublarını da çalışdırmış Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”nin “sükanı arxası”ndadı.