“Mançester Yunayted”in oyununda texniki məğlubiyyət

“Mançester Yunayted”in oyununda texniki məğlubiyyət
14-02-2018 / 13:29 FUTBOL
376

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, İK bu dəfə iki komandaya texniki məğlubiyyət verib.

 

U-12 Liqasında mübarizə aparan “Xətai” klubunun futbolçusu İslam Kazımovun sənədlərinin saxta olduğu aşkarlanıb. Onun “İsgəndər Cavadov BFA” və “Zirə” ilə qarşılaşmalarda iştirakını nəzərə alan İntizam Komitəsi hər iki görüşə görə, “Xətai”yə texniki məğlubiyyət verib.

 

Həmçinin U-14 Liqasında baş tutan “Autizmlilər” – “Mançester Yunayted” görüşündə meydana çıxmayan birincilər 0:3 hesablı texniki məğlubiyyətə düçar olublar.