“Prosineçki ciddi mütəxəssis olduğunu Azərbaycanda da isbatladı”

“Prosineçki ciddi mütəxəssis olduğunu Azərbaycanda da isbatladı”
14-02-2018 / 16:38 FUTBOL
415

“Prosineçki ciddi mütəxəssisdi. O, bunu son olaraq çalışdırdığı Azərbaycan millisində də isbatladı”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Yuqoslaviya yığmasının sabiq oyunçusu Refik Şabanadjoviç deyib.

 

“Srvena Zvezda” klubunun keçmiş müdafiəçisi müsahibəsində millimizin sabiq baş məşqçisi Robert Prosineçki haqda da danışıb. O, xorvatiyalı çalışdırıcının Azərbaycandakı işinə toxunaraq, onun güclü məşqçi olduğunu bildirib.

 

Şabanadjoviç hazırda Bosniya və Herseqovina yığmasının “sükanı arxası”nda olan Prosineçkidən yeni işində daha yaxşı nəticələr gözləyir: “Robert “Srvena Zvezda”, “Kayserispor” klubları və Azərbaycan yığmasındakı işi ilə məşqçiliyi bacarığını göstərib. Artıq onu yeni sınaqlar gözləyir. Bosniya və Herseqovina yaxşı futbolçulara malikdi. Bu, Prosineçki üçün vacib məqamdı. Təbii ki, onun rəhbərliyi altında komanda növbəti seçmə mərhələdə Avropa çempionatına çıxmaq üçün oynayacaq. Əminəm ki, Prosineçki bosniyalıları qitə birinciliyinə daşıya biləcək”.

 

Qeyd edək ki, Robert Prosineçki millimizdən ötən ilin sonunda ayrılıb.