Ulduz futbolçudan nümunəvi addım - FOTO

Ulduz futbolçudan nümunəvi addım - FOTO
14-02-2018 / 20:00 FUTBOL
346

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan nümunəvi addıma əl atıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu anadan olduğu Balıkesirə sürpriz hədiyyə yollayıb.

 

Belə ki, Almaniya millisinin üzvü böyüdüyü Dursunbey kəndində yerli bələdiyyənin əlillərlə bağlı başlatdığı kampaniyaya dəstək verib. İlkay Sevgililər günündə doğma kəndinə əlillərə xidmət göstərəcək müasir avtobus göndərib.

 

Qeyd edək ki, İlkay Gündoğan 2011-ci ildən Almaniya millisinə çağırılır.