İkardidən Rayolaya "yox" cavabı

İkardidən Rayolaya
14-02-2018 / 21:08 FUTBOL
283

İtaliyanın "İnter" klubunun hücumçusu Mauro İkardi maraqlı addımı ilə diqqət çəkib. Apasport.az saytı "Il Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu agent Mino Rayolanın işbirliyi təklifini qəbul etməyib.

 

Tanınmış menecer İkardiyə zəng edərək, birgə çalışmaq istədiyini və onu yayda "Mançester Yunayted"ə keçirə biləcəyini deyib. Lakin Argentina yığmasının üzvü buna razılıq verməyib.

 

İkardinin işlərini həyat yoldaşı Vanda Nara görür.

 

Qeyd edək ki, 25 yaşlı forvard "İnter"ə 2013-cü ildə "Sampdoriya"dan keçib.