Neymar "Real"a nə vaxt keçəcək?

Neymar
14-02-2018 / 22:16 FUTBOL
405

PSJ-nin hücumçusu Neymarın "Real"a nə vaxt keçəcəyi açıqlanıb. Apasport.az saytı "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid klubuna gələn ilin yayında qoşulacaq.

 

Bildirilir ki, tərəflər arasında razılıq artıq əldə olunub. Fransa çempionatı Neymar üçün darıxdırıcıdı. Liqa-1-in səviyyəsinin aşağı olduğunu düşünən Braziliya yığmasının üzvü iş yerini dəyişmək niyyətindədi.

 

"Real"ın prezidenti keçidin baş tutması üçün 2019-cu ilin yayına qədər gözləməyə razıdı. PSJ rəhbərliyi isə Neymarın bu il komandasına Çempionlar Liqasının kubokunu qazanmaqda kömək edəcəyi halda, onu buraxmağa razı olduğunu bildirib.