Həmyerlimiz Türkiyədə ilin idmançısı oldu

Həmyerlimiz Türkiyədə ilin idmançısı oldu
16-02-2018 / 00:30 ATLETİKA
365

Dünya üzrə məşhur GQ jurnalının Türkiyə redaksiyası ilin ən yaxşılarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Men Of The Year” mərasimi İstanbulda keçirilib.

 

Tədbirdə stili, tərzi və uğurları ilə ötən ilə damğa vuran idmançı, aktyor, rejissor, musiqiçi və elm adamları mükafat alıblar.

 

Ötən ilin avqust ayında Londonda keçirilən Atletika üzrə dünya çempionatında 200 metr yarışlarında çempion olan həmyerlimiz Ramil Quliyev qardaş ölkənin ən yaxşı idmançısı seçilib.

 

Qeyd edək ki, Quliyev bir neçə ildir ki, Türkiyə yığmasının şərəfini qoruyur.