Azərbaycan rekordu Türkiyədə yeniləndi

Azərbaycan rekordu Türkiyədə yeniləndi
19-02-2018 / 15:28 ATLETİKA
439

Türkiyədə atletika üzrə “İstanbul İndoor Cup” keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

 

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

 

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləşib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.