“Yavaş-yavaş öz formamızı yığırıq” – azərbaycanlı Olimpiya çempionu

“Yavaş-yavaş öz formamızı yığırıq” – azərbaycanlı Olimpiya çempionu
22-02-2018 / 14:11 ATLETİKA
439

“Plan üzrə məşqlər edirik. Hazırlıq öz qaydasında gedir”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan millisinin şərəfini qoruyan azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov deyib.

 

Olimpiya çempionu karyerası ilə bağlı planlarını açıqlayıb. Rioda 77 kq çəki dərəcələrində qızıl medal qazanan həmyerlimiz bildirib ki, əsas hədəfi noyabrda keçiriləcək dünya çempionatında da qalib olmaqdı: “Yavaş-yavaş öz formamızı yığır, dözümlüyü artırıq. Bu il bizi bir sıra maralı yeniliklər gözləyir. Çəki dərəcələri dəyişilir və bunu səbirsizliklə gözləyirəm. Qarşıdakı hədəflərdən biri Aşqabadda keçiriləcək dünya çempionatı ilə bağlıdı”.

 

Qeyd edək ki, Qazaxıstan millisi də Azərbaycan kimi, yarışlardan 1 illik kənarlaşdırılıb. Komanda hazırda Çimkənddə təlim-məşq toplanışındadı.