Azərbaycan yığması dünyada 37-cidi

Azərbaycan yığması dünyada 37-cidi
05-03-2018 / 18:30 ATLETİKA
358

İngiltərənin Birminhem şəhərində keçirilən qapalı manejlərdə atletika üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 gün davam edən yarışın ardından yığmaların komanda hesabında yekun nəticələri açıqlanıb.

 

Mundiala cəmi bir idmançı ilə yollanan millimiz 5 xalla 37-ci yeri tutub. Belə ki, üçtəkanla tullanmada 4-cü yeri tutan Aleksis Kopello millimizə 5 xal qazandırıb. Komandamız bu pilləni eyni xala malik Rumıniya ilə bölüşür.

 

Qeyd edək ki, komanda hesabında 1-ci yeri 208 xal toplayan ABŞ millisi tutub. Böyük Britaniya 67 xalla 2-ci, Efiopiya 57 xalla 3-cü olub.