"Sevilya" və "Roma" 1/4 finalda!

14-03-2018 / 01:37 FUTBOL
5791

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşib.

 

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.

 

“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağı bacarıb. Minimalhesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da "canavarlar" səfər qolu hesabına 1/4 finala çıxıblar.

 

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

 

13 mart

 

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 1:2

 

“Roma”: 1. Alison Bekker, 4. Radca Naynqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas

“Şaxtyor”: 30. Andrey Pyatov, 2. Boqdan Butko, 6. Taras Stepanenko, 7. Tayson, 8. Fred, 10. Bernard, 11. Marlos, 18. İvan Ordets, 19. Fakunda Ferreyra, 31. İsmaili, 44. Yaroslav Rakitski

 

 

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

 

“Mançester Yunayted”: 1. David De Xea, 3. Erik Beyli, 12. Kris Smollinq, 18. Eşli Yanq, 31. Nemanya Matiç, 27. Maruan Fellaini, 14. Cesse Linqard, 19. Markus Reşford, 7. Aleksis Aleksis Sançez, 9. Romelu Lukaku, 25. Antonio Valensiya

“Sevilya”: 1. Serxio Riko, 4. Simon Kyaer, 5. Klemen Lenlet, 10. Ever Baneqa, 11. Xoakin Korrea, 15. Steven Nzonzi, 17. Pablo Sarabia, 18. Serxio Eskudero, 20. Luis Muriel, 22. Franko Vazgez, 25. Qabriel Merkado