Millimizə çağırılacaqdı, zədələndi

Millimizə çağırılacaqdı, zədələndi
13-03-2018 / 12:34 FUTBOL
320

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak zədələnib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Samsunspor”un oyunçusu həkim nəzarəti altındadı.

 

Onunla yanaşı, samsunluların daha 4 üzvü zədədən əziyyət çəkir. Futbolçuların hazırkı durumu ilə bağlı açıqlama verən klubun həkimi Mehmet Özden yığmamızın üzvünün vəziyyəti barədə dəqiq bir söz deməyib. O, qasıq nahiyəsində ağrıları olan Budakla bağlı qərarın tibbi müayinədən sonra veriləcəyini söyləyib. Əgər zədə ciddi olsa, Ufuk yığmamızın Belarus və Makedoniya ilə bu ay keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, bu yaxınlarda Türkiyə mətbuatında Ufuk Budakın millimizə dəvət olunacağı yazılmışdı.