Ulduz futbolçu əsgərliyə çağırıldı

Ulduz futbolçu əsgərliyə çağırıldı
13-03-2018 / 13:04 FUTBOL
715

“Tottenhem”in yarımmüdafiəçisi Hun-Min Son ölkəsi Cənubi Koreyada əsgərliyə çağırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 26 yaşlı futbolçu karyerasını bitirə bilər.

 

Məsələ burasındadı ki, Cənubi Koreyada əsgərlik məcburidi. Son da həmyerliləri kimi, 21 ay hərbi xidmətdə olmalıdı. Əks təqdirdə, onu həbs cəzası gözləyir. Yığma üzvünün əsgərlikdən yayınmaq üçün bir yolu var. Cənubi Koreya qanunlarına görə, yalnız Olimpiadalarda və Asiya Oyunlarında medal qazanan futbolçular istəsələr, əsgərliyə getməyə bilərlər. Sonun yeganə şansı da avqustda keçiriləcək Asiya Oyunlarında medal qazanmaqdı.

 

Ümumiyyətlə, Cənubi Koreyada bir çox məşhur sima vətəndaşlığını dəyişərək, hərbi xidmətdən yayınıb.