Ronaldo və Benzema ilə bağlı qərar verildi

Ronaldo və Benzema ilə bağlı qərar verildi
13-03-2018 / 14:26 FUTBOL
859

“Real” rəhbərliyi hücumçuları Kriştianu Ronaldo və Kərim Benzema ilə bağlı qərarını qətiləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu” portuqaliyalı superulduzu saxlamaq niyyətindədi.

 

Madridlilərin prezidenti Florentino Peres komandanın liderinə yeni müqavilə təklif edəcək. O, hətta futbolçunun maaşını artırmağa da hazırdı. Ancaq Benzema ilə bağlı fikir fərqlidi. Yayda yeni hücumçu almağı planlaşdıran İspaniya nəhəngi fransalı forvardın transfer qiymətini 50 milyon avro dəyərində müəyyənləşdirib.

 

Qeyd edək ki, bu mövsüm La Liqada Ronaldo 18, Benzema isə 4 qola imza atıb.