Mövsümün 8-ci avtoqolu

Mövsümün 8-ci avtoqolu
13-03-2018 / 17:26 FUTBOL
168

Azərbaycan Premyer Liqasında mövsümün 8-ci avtoqolu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XX turun “Keşlə” ilə səfər matçında qapıları səhv salan Voislav Stankoviç “Qəbələ”nin 2-ci uğursuzudu.

 

Onadək Vitali Vernidub “Səbail”lə qarşılaşmada eyni uğursuzluğu yaşamışdı. Bu göstəricidə antirekord “Keşlə”yə məxsusdu. Bakılılar 3 avtoqola üzülüb. “Sumqayıt”, “Zirə” və “Qarabağ” isə hərəyə 1 dəfə öz qapısına qol vurub.

 

Rəqib qolundan yararlananlara gəlincə, “Keşlə” 2-ci dəfə bu yolla sevinib. “Sumqayıt” daha çox – 3 belə qolu hesabına yazıbsa, “Səbail”, “Kəpəz” və “Neftçi”nin bir uğuru rəqibin xətası sayəsində gerçəkləşib.

 

 

Mövsümün bütün avtoqolları

I tur

11 avqust (cümə) 

“Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:3

Rahid Əmirquliyev, 90 (ö.q)

 

III tur

26 avqust (şənbə)

“Zirə” – “Sumqayıt” – 3:1

Jozef Bum, 88 (ö.q)

 

X tur

28 oktyabr (şənbə)

“Keşlə” – “Kəpəz” – 0:2

Murad Qayalı, 15 (ö.q)

 

XI tur

4 noyabr (şənbə)

“Sumqayıt” – “Keşlə” – 3:1

Denis Silva, 30 (ö.q.); Adrian Skarlatake, 71 (ö.q.)

 

XVII tur

24 fevral (şənbə)

“Səbail” – “Qəbələ” – 1:2

Vitali Vernidub, 25 (ö.q)

25 fevral (bazar)

“Keşlə” – “Sumqayıt” – 1:2

Rail Məlikov, 12 (ö.q)

 

XX tur

13 mart

“Keşlə” – “Qəbələ” – 1:1 (davam edir)

Voislav Stankoviç, 59 (ö.q)