Voyslav Stankoviç “Keşlə” ilə oyun haqda: ...azca toxundum

Voyslav Stankoviç “Keşlə” ilə oyun haqda: ...azca toxundum
13-03-2018 / 19:32 FUTBOL
283

“Keşlə” ilə oyunda topu öz qapısından keçirərək komandasının xal itirməsinə səbəb olan “Qəbələ”nin müdafiəçisi Voyslav Stankoviç matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Xal itirdiniz...

- Təəssüf ki, belə alındı. Qalib gələ bilərdik, amma yekunda bir xalla kifayətlənməli olacağıq.

 

- Cərimə meydançasında Taşkın İltərə qarşı olan mübahisəli epizod barəsində nə deyə bilərsiz?

- Həmin vaxt topa azca toxundum, amma uzaqlaşdıra bilmədim. Bunun da nəticəsində ayağım rəqibin ayağına dəydi və o, yıxıldı.

 

- Avqollar haqqında nə düşünürsüz? Son oyunlar ardıcıl bu kimi qollara üzülürsünüz...

- Bilmirəm səbəbi nədi. Futbolda belə şeylərlə rastlaşa bilərik.

 

- Buna qədər karyeranız ərzində öz qapıçınızı məyus etmişdiniz?

- Xeyr, ilk dəfə idi ki, öz qapımıza qol vururam.

 

- Oyundan sonrakı mətbuat konfransında baş məşqçiniz Roman Qriqorçuk dedi ki, hakimlər “Qəbələ”yə qarşı həmişə sərt mövqedə olurlar. Siz bu barədə nə düşünürsüz?

- Bəlkə də mən dəqiq görməmişəm, amma komanda yoldaşlarımın dediyinə görə, uzatma dəqiqələrində Ruslan Qurbanovun vurduğu qolda oyundan kənar vəziyyət yox idi. Bundan başqa bir epizodda baş hakim lehimizə təmiz penalti təyin etmədi. Referi düzgün qərarlar qəbul etsəydi, hesab 3:1 olardı.