“Vesti.az”ın yaranmasından 9 il ötür

“Vesti.az”ın yaranmasından 9 il ötür
16-03-2018 / 13:53 DİGƏR NÖVLƏR
141

“APA Holding”in tərkibində fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 9 il ötür. "Vesti.az" yarandığı gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib, eksklüziv materialları, reportaj və müsahibələri ilə populyar internet resurslardan birinə çevrilib.

 

"Vesti.az" təkcə Azərbaycanda deyil, dünyada tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.

 

Agentliyin baş direktoru tanınmış jurnalist Araz Zeynalovdur.

 

“Apasport” olaraq həmkarlarımızı təbrik edirik!