"Real" "Atletiko"ya yaxınlaşdı, Ronaldo Suaresi keçdi - YENİLƏNİB

19-03-2018 / 01:45 FUTBOL
6547

İspaniya La Liqasında XXIX tur başa çatıb. Apasport.az saytının məlumatına görə, turun açılış matçında aşağı pillələrdə qərarlaşan “Levante” Avropa Liqasına iddia edən “Eybar”la üz-üzə gəlib.

 

Qarşılaşma gözlənilmədən "Levante"nin qələbəsi ilə nəticələnib.

 

Ən azı ilk “dördlük”dəki mövqeyini möhkəmlətməyi hədəfləyən “Valensiya” təhlükəli zonadan getdikcə uzaqlaşan “Alaves”lə qarşılaşıb. "Yarasalar" azarkeşlərini qələbə ilə sevindirməyi bacarıblar. 

 

Mövsümün məğlubedilməz komandası “Barselona” doğma azarkeşləri önündə ortabablardan olan “Atletik”i sınağa çəkib. Görüş ev sahiblərinin qalibiyyəti ilə nəticələnib. 

 

Kataloniya klubunun ən yaxın izləyicisi “Atletiko” isə səfərdə "Vilyarreal"a uduzub. 

 

“Real” isə Avropa Liqasına vəsiqə şansını qoruyan “Jirona”nı qəbul edib. 9 qolun vurulduğu qarşılaşmadan "kral klubu" qalib ayrılıb. Bu qələbə sayəsində "Real" həmşəhəri "Atletiko" ilə aradakı xal fərqini azaldıb. Oyunda poker edən Kriştianu Ronaldo isə bombardirlər cədvəlində Luis Suaresi adlayaraq, ikinci yerə yüksəlib. 

 

 

İspaniya La Liqası

XXIX tur

 

16 mart

“Levante” – “Eybar” - 2:1

Qollar: Roje, 25; Boatenq, 64 - Çarles, 63

 

17 mart

“Deportivo” – “Las Palmas” - 1:1

Qollar: Albentosa, 22 - Haliloviç, 4

 

“Valensiya” – “Alaves” - 3:1

Qollar: Rodriqo, 19, Zaza, 33, Laquardia, 53 (avtoqol) - Sobrino, 49

 

“Real Sosyedad” – “Xetafe” - 1:2

Qollar: Villian Xose, 23 - Dakonam, 45, Anxel, 51

 

“Betis” – “Espanyol” - 3:0

Qollar: Junior, 34, Budebuz, 56, Guerrero, 69

 

18 mart

“Leqanes” – “Sevilya” - 2:1

Qollar: Bustinza, 41; Eraso, 69 - Layun, 90

 

“Barselona” – “Atletik” - 2:0

Qollar: Pako, 8; Messi, 30

 

“Selta” – “Malaqa” - 0:0

 

“Vilyarreal” – “Atletiko” - 2:1

Qollar: Enes Ünal, 82, 90+1 - Qrizmann, 20 (pen.)

 

“Real” – “Jirona” - 6:3

Qollar: Ronaldo, 11, 47, 64, 90+1; Vaskes, 59; Beyl, 86 - Stuani, 29, 67; Xuanpe, 88

 

 

 

1.

Barselona

29

23

6

0

74:13

75

2.

Atletiko

29

19

7

3

49:14

64

3.

Real

29

18

6

5

73:33

60

4.

Valensiya

29

18

5

6

57:31

59

5.

Vilyarreal

29

14

5

10

40:33

47

6.

Sevilya

29

14

3

12

37:44

45

7.

Jirona

29

12

7

10

43:42

43

8.

Betis

29

13

4

12

49:53

43

9.

Xetafe

29

10

9

10

35:27

39

10.

Selta

29

11

6

12

45:42

39

11.

Eybar

29

11

6

12

36:43

39

12.

Leqanes

29

10

6

13

25:35

36

13.

Atletik

29

8

11

10

29:33

35

14.

Espanyol

29

8

11

10

26:37

35

15.

Real Sosyedad

29

9

6

14

51:52

33

16.

Alaves

29

10

1

18

26:45

31

17.

Levante

29

5

12

12

25:43

27

18.

Las Palmas

29

5

6

18

21:58

21

19.

Deportivo

29

4

8

17

26:60

20

20.

Malaqa

29

3

5

21

16:45

14

 

Bombardirlər: Lionel Messi (“Barselona”) – 25 qol, Kriştianu Ronaldo ("Real") - 22 qol, Luis Suares (“Barselona”) – 21 qol