Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı
17-03-2018 / 11:00 FUTBOL
292

Hollandiya Birinci Divizionunda XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün komandası “Valveyk” növbəti matçına çıxıb.

 

Autsayderlər zonasında qərarlaşan komanda öz meydanında “Maastrixt”lə üz-üzə gəlib. Tərəflər ikinci hissədə hərəyə bir dəfə fərqlənərək, aktivlərinə 1 xal yazdırıblar – 1:1. Start heyətində meydana daxil olan Kökcü 90 dəqiqəni əvəzedilmədən keçirib.

 

Qeyd edək ki, hazırda aktivində 28 xal olan “Valveyk” turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.