Yığmamız revanşı ala bilmədi

Yığmamız revanşı ala bilmədi
17-03-2018 / 16:00 FUTBOL
271

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Ukraynada təlim-məşq toplanışında olan Vüqar Əsgərlinin yetirmələri bu ölkənin müvafiq yaş qrupundan olan komandası ilə ikinci dəfə üz-üzə gəlib.

 

Bir neçə gün əvvəl rəqibinə yenilən yığmamız bunun revanşını almağa çox yaxın olub. Qızlarımızın 59-cu dəqiqədə hesabı açmalarına baxmayaraq, rəqib 90+8-ci dəqiqədə penaltidən vurduğu qol sayəsində məğlubiyyətdən qaça bilib - 1:1.

 

Qeyd edək ki, Ukrayna və Azərbaycan milliləri arasında martın 14-də keçirilən ilk yoxlama oyununda meydan sahibləri 4:1 hesablı qələbə qazanmışdılar.