Qurban Qurbanov Respublika stadionunu seçdi

Qurban Qurbanov Respublika stadionunu seçdi
17-03-2018 / 18:53 FUTBOL
605

Yoldaşlıq görüşündə Belarus yığması ilə qarşılaşacaq Azərbaycan millisinin mətbuat üçün açıq məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, həm məşq, həm də konfrans martın 22-də keçiriləcək.

 

Əvvəlcə mütəxəssis jurnalistlərin önünə çıxacaq. O, saat 16:00-da sualları cavablandıracaq.

 

Saat 17:15-də isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq olacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Belarus matçı saat 20:00-da başlanacaq.