Məmmədyarov heç-heçəyə razılaşdı, Karuana vahid lider oldu - YENİLƏNİB

Məmmədyarov heç-heçəyə razılaşdı, Karuana vahid lider oldu - YENİLƏNİB
19-03-2018 / 00:34 STOLÜSTÜ OYUNLAR
4778

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib.

 

Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib. 

 

Bundan istifadə edən Karuana isə Aronyanı məğlub edərək, vahid liderə çevrilib. 

 

 

İddiaçılar turniri

VII tur

 

Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov - 0,5:0,5

Sergey Karyakin – Uesli So - 1:0

Levon Aronyan – Fabiano Karuana - 0:1

Vladimir Kramnik – Liren Dinq - 0,5:0,5

 

 

Turnir cədvəli: Karuana - 5 xal; Məmmədyarov – 4,5; Qrişuk, Kramnik, Dinq - 3,5; Karyakin - 3; Aronyan, So – 2,5