"O, dünya çempionatına aparılacaq"

18-03-2018 / 13:03 FUTBOL
307

"Moratanın fiziki hazırlığında problem var idi. Bundan əlavə, çox oyun keçirməmişdi. Amma indi durumu yaxşıdı". Apasport.az saytı xəbər verir ki, bu sözlər İspaniya yığmasının baş məşqçisi Julen Lopeteqiyə məxsusdu.

 

Təcrübəli çalışdırıcı "Football Espana" nəşrinə açıqlama verib. O, "Çelsi"nin hücumçusu Alvaro Morata haqda danışıb.

 

Lopeteqi 26 yaşlı forvardı yayda keçiriləcək DÇ-2018-ə aparacağını bildirib: "Onun mundialda iştirak etmək şansı var. Ümid edirəm ki, qarşıdakı təxminən 3 ay vaxt ərzində klubunun heyətində daha çox oyun keçirəcək. Alvaro planlarıma daxildi. Əminəm ki, mövsümün qalan hissəsi onun üçün daha yaxşı olacaq. Morata dünya çempionatına aparılacaq".

 

Lopeteqi millinin digər üzvü, "Atletiko"nun hücumçusu Dieqo Kosta barədə də danışıb: "Kosta? O, yüksək səviyyədə oynadığı vaxt həmişə komandamızda olub".