Ayaz Quliyev üçün 1 hissə

Ayaz Quliyev üçün 1 hissə
18-03-2018 / 12:35 FUTBOL
251

Rusiya Premyer Liqasında XXIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası “Rostov” da növbəti matçına çıxıb.

 

Adıçəkilən komanda Tula “Arsenal”ının qonağı olub. Oyun da qalib müəyyənləşməyib. Belə ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.

 

Quliyev də bu matçda iştirak edib. Start heyətində yer almayan Ayaz 46-cı dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, hazırda aktivində 27 xal olan “Rostov” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.