Hümbətovsuz qələbə

Hümbətovsuz qələbə
18-03-2018 / 14:49 FUTBOL
256

Monteneqro çempionatında XXV turun oyunları keçirilib. Apasport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun komandası “Deçiç” də növbəti matçına çıxıb.

 

Adıçəkilən komanda “Kom”un qonağı olub. Podqoritsada baş tutan görüş həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Hümbətov bu qarşılaşmada iştirak etməyib. O, matçı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, aktivində 19 xal olan “Deçiç” turnir cədvəlində sonuncudu.