Neymardan maaş tələbi

Neymardan maaş tələbi
18-03-2018 / 18:46 FUTBOL
328

PSJ-nin futbolçusu Neymar Paris klubunda aldığı məvacibdən narazıdı. Apasport.az saytı "The Times" nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçu bu səbəbdən rəhbərliklə görüşüb.

 

O, Fransa təmsilçisinin qarşısına şərt qoyub. Neymar həftədə 1,1 milyon avro maaş almaq arzusundadı. "Sambaçı" PSJ ilə 2022-ci ilə qədər qüvvədə olan müqaviləsinə əsasən, hazırda həftəyə 750 min avro qazanır.

 

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifinin buna necə cavab verəcəyi maraq doğurur. Onun Neymarın başqa kluba keçidinə şərait yaratmamaq üçün şərtlə razılaşacağı gözlənilir.

 

Qeyd edək ki, Neymar hazırkı komandasına "Barselona"dan keçib.