Eratın komandası xalsız qayıtdı

Eratın komandası xalsız qayıtdı
18-03-2018 / 19:44 FUTBOL
103

Almaniyanın II Bundesliqasında XXVII turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, millimizin sabiq üzvü Tuğrul Eratın komandası “Duysburq” da meydana çıxıb.

 

Adıçəkilən klub Braunşveyq “Ayntraxt”ının qonağı olub. Eratın komandası rəqibinə 2:3 hesabı ilə uduzub.

 

Tuğrul matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, aktivində 37 xal olan “Duysburq” turnir cədvəlində 7-cidi.