Millimiz Rusiya ilə qarşılaşacaq

Millimiz Rusiya ilə qarşılaşacaq
19-03-2018 / 12:57 FUTBOL
393

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq gürüşlərində qüvvəsini sınayacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Vüqar Məmməd iki oyunda yetirmələrini yoxlayacaq.

 

Komandamız Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək. Şimal qonşularımızla oyunlar martın 22-də və 25-də keçiriləcək.

 

“Dalğa Arena”da baş tutacaq hər iki qarşılaşma saat 17:00-da başlayacaq.