İsko “Real”dan gedir

İsko “Real”dan gedir
19-03-2018 / 13:42 FUTBOL
615

“Real”ın futbolçusu İsko yayda klubunu dəyişəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “Don Balon” nəşri yayıb.

 

Bildirilir ki, hücumameylli yarımmüdafiəçi hazırkı komandasında xoşbəxt deyil. O, Madrid təmsilçisində az oyun praktikası əldə etməsindən narazıdı.

 

İskonun baş məşqçi Zinəddin Zidanla problem yaşadığı qeyd olunur.

 

26 yaşlı futbolçu ilə “Çelsi” yaxından maraqlanır. “Zadəganlar” İskonu mövsümün sonunda heyətlərinə qatmaqda israrlıdılar.