Biri qalib gəldi, biri uduzdu

Biri qalib gəldi, biri uduzdu
19-03-2018 / 16:02 TOP OYUNLARI
224

Qadın voleybolçular arasında Fransa çempionatında növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, XXI tur çərçivəsində təşkil olunan görüşlərdə Azərbaycan millisinin üzvləri də meydana çıxıblar.

 

Belə ki, Anastasiya Qurbanovanın şərəfini qoruduğu “Venel” “Kann”ı qəbul edib. Qarşılaşma təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qurbanova matçda 4 xal toplayıb.

 

Olena Həsənova formasını geyindiyi “Le Kann” isə “Mulhaus”un qonağı olub. Matç təmsilçimizin komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Həsənova oyunda 12 xal yığıb.

 

21 matçdan sonra “Le Kann” 39 xalla turnir cədvəlində 4-cü, “Venel” 30 xalla 6-cıdı.