“Sloveniya Azərbaycan yığmasından güclüdü” – İqor Kriuşenko

“Sloveniya Azərbaycan yığmasından güclüdü” – İqor Kriuşenko
19-03-2018 / 17:04 FUTBOL
7902

“Millətlər Liqasında Azərbaycanla eyni divizionda yer almışıq. Onlar da bizim kimi, qrupdan çıxmaq uğrunda mübarizə aparacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu Belarus yığmasının baş məşqçisi İqor Kriuşenko deyib.

 

Belarus millisi martın 23-də Azərbaycanla, 27-də isə Sloveniya ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Sabah Bakıya yollanacaq rəqib komandanın çalışdırıcısı səfər öncəsi yerli mətbuat önünə çıxıb.

 

Kriuşenko yığmamız barədə müsbət fikirlər səsləndirsə də, Sloveniyanı daha güclü hesab etdiyini söyləyib: “Azərbaycanın çox sürətli, texnikalı futbolçuları var və topu özlərində saxlamağı bacarırlar. Onların heyətində hətta milliləşdirilmiş braziliyalı futbolçu da çıxış edir. Sloveniya isə səviyyəcə Azərbaycandan daha üstündü. Onlar güclü Avropa komandasıdı. Biz də bu səviyyəyə yüksəlməyə çalışmalıyıq”.

 

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Belarus görüşü saat 20:00-da start götürəcək.