“Kəpəz”in zədəliləri nə vaxt qayıdacaq?

“Kəpəz”in zədəliləri nə vaxt qayıdacaq?
19-03-2018 / 18:32 FUTBOL
152

“Kəpəz” dünəndən məşqləri bərpa edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, əvvəlcə fitnes zalında çalışan komanda üzvləri bu gün meydançada məşqə çıxıblar.

 

“Sarı-göylər” Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib. “Kəpəz”in heyətində zədəli futbolçuların müalicəsi davam edir.

 

Ötən tur “Sumqayıt”la matçda sonadək oynaya bilməyib əvəzlənən Dieqo Souzanın əzələsi yüklənib. Bir müddətdi ki, zədədən əziyyət çəkən Şadon Vinçesterlə Samir Zərgərovun vəziyyəti də həkim nəzarəti altındadı. Vinçesterdən fərqli, Zərgərovla Souza martın 22-dən fərdi məşqlərə başlaya biləcəklər. Şadonun müalicə prosesi isə martın sonlarına kimi uzanacaq.